Azərbaycanlı iş adamı intihar etdi - FOTO

Azərbaycanlı iş adamı intihar etdi - FOTO
  10 İyul 2015    Oxunub:4694
Rusiyanın Lipetsk şəhərində bu səhər əslən Azərbaycandan olan 44 yaşlı iş adamı intihar edib.
Bu barədə ilk xəbəri “ LipetskMedia ” portalı yayıb.

Hadisə şəhərin Papina küçəsində baş verib. 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yaşayan azərbaycanlı səhər saatlarında pilləkənlə 9-cu mərtəbəyə qalxıb və blokun pəncərəsindən özünü aşağı atıb. Blok girişinin üzərinə düşən azərbaycanlı dünyasını dəyişib. Səhər saat 8.50-də meyiti görən sakinlər xilasetmə xidmətinə müraciət ediblər.



44 yaşlı azərbaycanlının meyiti blok girişinin üstündən götürülüb.

Qonşuları 44 yaşlı azərbaycanlının adını dəqiq bilmirlər, amma Mixail deyə çağırırlar. O, artıq uzun illərdir ki, Lipetskdə yaşayır. Evlidir və iki uşağı var. Bina sakinlərindən Mixailin səhər tezdən 9-cu mərtəbəyə qalxdığını görənlər olub.

Səhər saat 8.50-də meyiti görən sakinlər xilasetmə xidmətinə müraciət ediblər.

Arvadı müstəntiqlərə bildirib ki, son zamanlarda ərinin biznesində böhranla bağlı ciddi problemlər başlayıb. O isə bundan ciddi narahat olub. “Mən ona deyirdim ki, hər şeyi ürəyinə salmasın. Bizim yaxşı ailəmiz, evimiz, maşınımız var. Amma o, getdikcə daha da bədbinləşirdi”, - deyə qadın vurğulayıb.

Arvadının dediyinə görə, onların düşməni olmayıb. Buna görə də istintaq əsas versiya kimi intiharın üzərində dayanıb. (Ans)


Teqlər:  





Xəbər lenti