ABŞ Dağlıq Qarabağa yardım edəcək

ABŞ Dağlıq Qarabağa yardım edəcək
  10 İyul 2015    Oxunub:2593
ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardımları nəzərdə tutan bu təklifin lehinə səs veriblər.
AzVision.az “armenpress.am”a istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb.

Komitə Ermənistan üçün 20,06 milyon dollar humanitar yardım, 1,7 milyon dollar xarici hərbi yardım, 600 min dollar isə beynəlxalq hərbi təhsil və təlim çərçivəsində yardım ayrılmasını təklif edib.

Azərbaycan və Gürcüstana isə müvafiq olaraq 8,778 milyon dollar və 54 milyon dollar iqtisadi yardımın edilməsi nəzərdə tutulub. Komitə həmçinin, Azərbaycan və Ermənistana bərabər şəkildə hərbi yardımın ayrılmasını da təklif edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti