Almaniyada atışma: Ölənlər var - YENİLƏNİB

Almaniyada atışma: Ölənlər var - YENİLƏNİB
  10 İyul 2015    Oxunub:2483
Almaniyanın Bavariya federal torpağının Ansbax rayonunda baş verən atışma nəticəsində bir neçə nəfər həlak olub.
Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Cinayətkar hadisə yerindən `Mercedes` markalı avtomobillə uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları sürücü ilə əlaqə yaratmaq istəyirlər.

Hələlik hadisə ilə bağlı başqa məlumat verilmir.

***

16:45

Bavariya polisi `Mercedes` markalı avtomobillə ətrafdakı hadisələrə atəş açan şəxsi yaxalayıb. Bu barədə AzVision.az Alman KİV-nə istinadən xəbər verir.

Polisin məlumatına görə, sürücü Ansbah ətrafında avtomobillə hərəkət edərək yoldan keçənlərə atəş açırmış. Hadisə nəticəsində iki nəfər (kişi və qadın) ölüb. Daha iki nəfər isə qaçmaqla canını qurtara bilib.

Hadisəni törədən şəxsin adı və onun motivləri hələ açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti