`Təxribatlar adətən Gürcüstan tərəfdən edilir` - Gürcü nazir

`Təxribatlar adətən Gürcüstan tərəfdən edilir` - Gürcü nazir
  10 İyul 2015    Oxunub:2708
Gürcüstanın ətraf mühitin qorunması naziri Qiqla Aqulaşvili Avropa Liqası çərçivəsində baş tutan `Dinamo` - `Qəbələ` oyununda baş verənləri şərh edərkən `təxribatların əsasən Gürcüstan tərəfinin etdiyini` bildirib.
Bu barədə AzVision.az `Novosti-Qruziya`ya istinadən xəbər verir.

`Təbii ki, bu xoşagəlməz hadisədir. Təxribatların daha çox buradan olması daha da təəssüf vericidir. Ona görə də hesab edirəm ki, səlahiyyətləri çatan bütün qurumlar sərt tədbirlər görməlidir. Çünki bunların hamısından təxribat iyi gəlir`, - deyə Qiqla Aqulaşvili bildirib.

Nazirin qeyd edib ki, bu təxribat daha uzağı hədəfləyən plandır: "Müvafiq qurumlar belə hadisələrin olmasına yol verməmək üçün təxribatçılara qarşı ciddi tədbirlər görməlidirlər".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti