Bu rayonlar qazsız qalacaq

  06 İyun 2013    Oxunub : 501
Bu rayonlar qazsız qalacaq
Bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, iyunun 6-da saat 10:00-dan 18:00-dək "Oğuz", "Şəki", "Qax", "Balakən" və "Zaqatala" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Oğuz, Şəki, Qax, BalakənZaqatala rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Abşeron rayonunun qaz təchizatında da məhdudiyyətlər olacaq. Belə ki,bu gün saat 10:00-dan saat 17:00-dək Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə adıçəkilən yaşayış kompleksinə təbii qazın verilişində fasilələr yaranacaq.

Teqlər: