Kasiliyas `Real`dan getdi

Kasiliyas `Real`dan getdi
  09 İyul 2015    Oxunub:2625
İspaniyanın `Real` və Portuqaliyanın `Porto` klubları kral klubunun qapıçısı İker Kasiliyasın keçidi ilə bağlı razılığa gəliblər.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, əfsanəvi qapıçı ilə vida mərasimi sabah baş tutacaq.

Mərasim yerli vaxtla saat 13:00-da `Santyaqo Bernabeu` stadionunda baş tutacaq. 16 il müddətində `Real`da çıxış edən Kasiliyasın yeni klubdakı müqaviləsi 2017-ci ildə sona çatacaq. Bəzi məlumatlara görə, onun Portuqaliya təmsilçinin heyətinə keçməsindən sonra belə `Real` ildə ona 4 milyon avro ödəyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti