Sabiq müdafiə naziri həbs edildi

Sabiq müdafiə naziri həbs edildi
  09 İyul 2015    Oxunub:3533
Tbilisi şəhər məhkəməsi qiyabi olaraq sabiq müdafiə naziri David Kezeraşvili 9 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.

İstintaqın versiyasına əsasən sabiq müdafiə naziri biznesmen Tamaz Nijardzeni bir neçə şirkətlərdəki payını satmağa məcbur edib. Həmçinin, Kezeraşvili biznesmenin evində Gürcüstan DİN-in xüsusi operativ departamentinin əməkdaşlarını yerləşdirərək ona psixoloji təzyiqlər göstərib.

Bu sabiq müdafiə nazirinə qarşı irəli sürülən ilk ittiham deyil. Hazırda İnterpol tərəfindən axtarışda olan Kezeraşvili ötən ilin əvvəlində Fransada həbs olunub. Lakin Eks-an Provans şəhər məhkəməsi onu Gürcüstana ekstradisiya etməkdən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti