Ələkbərovun əmlakına həbs qoyulmayıb - Açıqlama

Ələkbərovun əmlakına həbs qoyulmayıb - Açıqlama
  09 İyul 2015    Oxunub:3336
“Lukoyl” şirkətinin Rumıniyanın Ploeşti şəhərindəki neft emalı zavodu işini davam etdirir, zavoda həbs qoyulmayıb.
AzVision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə şirkətin Rumıniyadakı törəməsi olan “Petrotel Lukoil”un rəhbərliyindəki mənbə deyib.

“Hər şey qaydasındadır, biz plan üzrə işləyirik”, - mənbə qeyd edib.

Mən vurğulayıb ki, şirkətin aktivləri və əmlakına həbs qoyulmayıb.

Qeyd edək ki, daha əvvəl Rumıniyanın Ploeşti şəhərinin apelyasiya palatası “Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyması barədə xəbər yayılmışdı. Məlumatda qeyd olunurdu ki, Prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın "Lukoyl" şirkətinin hesabları da dondurulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti