`Neonasizmi Alman hökuməti qızışdırır` – `Der Freitag`

`Neonasizmi Alman hökuməti qızışdırır` – `Der Freitag`
  09 İyul 2015    Oxunub:2343
`Almaniyada neonasizmin qızışdırılmasında hökumət maraqlıdır. Fraytal və Maysendə baş verən sonuncu ekstimist hücum, eləcə qaçqınların yaşadığı evin yandırılması nə Almaniya preizdenti Yoahim Gauk, nə də Avropa Birliyi tərəfindən pislənmədi`.

Bu fikirləri yazan Almaniyanın “Der Freitag” qəzeti əlavə edir ki, neonasizm yenidən ölkəni alvolandıracaq, çünki Maysen şəhərində keçirilən iqri ayrı-seçkilik aksiyasında iştirakçılar Almaniyanı qara camaatdan qoruduqlarını deyirdilər.

Maraqlıdır ki, yanğını törədən ekstrimist qrupun üzvləri hələ də tapılmayıb, amma axtarıldığı bildirilir. Həmin hücum nəticəsində yandırılmış evdə 32 nəfər qaçqın məksunlaşdığı bildirilir. Həmçinin əlavə olunur ki, Almaniyada neonasist atmoferinin qızışdırılması çox ciddi nüansdır.

“Der Freitag” onu da deyir ki, Lübek şəhərində tikilməkdə olan qaçqın düşərgəsinə iyun ayının sonunda od vurub yandırdılar, lakin təqsirkarlar günahlandırılmayıb. Maysen və digər şəhərlərdəki nifrət xarakteri daşıyan çıxışlara alman hökuməti çox səthi yanaşmaqdadır.



Yada salaq ki, bir neçə gün əvvəl də Almaniyanın Laypzig şəhərində PEGİDA və LEGİDA adlı miliyyətçi ekstrimist təşkilatlar bu həftə gəlmələrə qarşı etiraz aksiyası keçiriblər.

Həmişə olduğu kimi, yenə də sözügedən aksiya PEGİDA rəhbəri Lutz Bahmannın təşkilatçılığı və birbaşa rəhbərliyi ilə baş tutub. Etirazda 800-ə yaxın miliyyətçi iştirak edib və çox maraqlıdır ki, Lutz Baxmann bu etirazı koordinasiya etsə də, özü şəxsən etiraz yürüşünə qatılmayıb.

Xatırladaq ki, bu ilin yanvar ayının 21-də baş tutumuş LEGİDA və PEGİDA-nın birgə etiraz aksiyasına 15.000 insan qatılmışdı.

Almaniyanın “Die Zeit” qəzeti də həmçinin bildirir ki, hüquq müfadiəçiləri Almaniyada islami yaşam mühitini, eləcə də multikulturalizmi itirməkdədir. Hüquq müdafiəçiləri gəlmələrə qarşı düşmənçilik atmosferin yaranmansından dolayı narahatçılıq keçirdiklərini dilə gətiriblər.

Daxili işlər naziri Thomas de Maiziere 2014-cü il üçün açıqladığı hesabatda bildirib ki, Almaniyada anti-islam atmosferinin formlaşaması çox ciddi təhlükədir. O, əlavə edib ki, Fransadakı terror olayı, 2012-ci ildə Kosovo-Albanın Frankfurt hava limanında iki amerikalıya atəş açması, eləcə də Tunisdəki son terror hadisəsində iki alman vətəndaşının öldürülməsi və bütün bu faktorlar terror təhlükəsinin Almaniya sərhəddində olduğunu göstərir.

“Die Zeit” qəzeti əlavə edir ki, 2014-cü ildə İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin Avorpanı hədəf seçdiyini elan etməsi Almaiya üçün böyük təhlükənin olduğundan xəbər verir.

Almaniya daxili işlər naziri qeyd edib ki, Almaniyada ultra-sağçı qrupların müsəlman qaçqınların yaşadığı yerlərə hücumları kəsgin hal alıb. Hələ, bu ilin iyun ayının sonuna kimi 150 ekstrimist qrupun üzvü müsəlmanlara hücum faktı ilə bağlı cəzalandırılıb. Daxili işlər naziri bunun qorxulu hal aldığını da vurğulayıb. Keçən il Almaniyada yeni qaçqın düşərgələrinin açıldığını nəzərə alsaq, bu riskin nə qədər böyüdüyünü görmək olar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti