Ermənilər Bakıdan razı qayıdıblar - Baş katib

Ermənilər Bakıdan razı qayıdıblar - Baş katib
  09 İyul 2015    Oxunub:3153
Hraçya Rostomyan: `Bakıda bizə verilən qarantiyaları əməldə gördük`
Ermənistan Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan deyib ki, Bakıda keçirilən Avropa Oyunlarında iştirak edərkən burada onlara vəd olunan qarantiyaları əməldə də görüblər.

“BBC Azərbaycanca”nın məlumatına görə, o deyib ki, Ermənistan turnirdə 3 medal qazanmağı qarşıya məqsəd qoymuşdu: “Amma şərait və idmançıların yaşadığı gərginlik nəzərə alınsa, bir medal da pis deyil. Bizim məqsədimiz Bakıda bayrağımızı ucaltmaq idi, lakin daxilən himnimizin səsləndirilməsini də arzulayırdıq, lakin alınmadı...”.

Qeyd edək ki, Avropa Oyunlarında Ermənistanın 66 kiloqram çəki dərəcəsində yunan-roma güləşi üzrə idmançısı gümüş medal qazanıb.


Teqlər:  





Xəbər lenti