ABŞ Kol ilə Şröderi də dinləyib – Qalmaqal böyüyür

ABŞ Kol ilə Şröderi də dinləyib – Qalmaqal böyüyür
  09 İyul 2015    Oxunub:2648
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Almaniyanın eks-kanslerləri Gerhard Şröder və Helmut Kolu da gizlincə dinləyib. Bu barədə AzVision.az Almaniyanın “Spiegel” jurnalına istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin bu hərəkətinin ifşa olunması Almaniya və ABŞ arasında casusluq qalmaqalını bir qədər də böyüdəcək.

“Wikileaks” tərəfindən açıqlanan faktlar hər iki kanslerin fəaliyyəti dönəmində kansler bürosunun təqribən 10 ilə yaxın gizlicə dinləndiyi bildirilir.

Casusluq olayları ilə bağlı əvvəl ortaya çıxmış faktlar eks-kansler Helmut Kolun dinlənilmədiyi təəssüratını yaratsa da, yeni üzə çıxmış məxfi sənədlərdə onun da dinləndiyi aşkarlanıb. Eləcə də 1998-ci ildə Şröder-Fişer (qırmızı-yaşıllar) koalisiya hökumətinin üzvlərinin də CİA tərəfidən gizlicə dinləniliyi ilə bağlı ciddi faktlar ortaya çıxıb.

Onu da əlavə edək ki, 2009-cu ildən 2011-ci ilə qədər Amerika müntəzəm olaraq Angela Merkelin telefon danışlarına qulaq asıb və bu sirrin də üstü 2013-cü ildə açılıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti