Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir

Anti-Azərbaycan kampaniyasının üzvlərindən biri Bakıya gəlir
  09 İyul 2015    Oxunub:13743
“Avropa Parlamenti hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsini yaxından izləyir. Mən özüm də iyulun 13-də onun məhkəməsini daha yaxından izləyə bilmək üçün Bakıya gedəcəyəm”. Bu sözlər Avropa Parlamentinin üzvü Kati Piriyə aiddir.

Kati Piri Avropa Parlamentinə 2014-cü ildə Niderlanddan seçilib, Əmək Partiyasını təmsil edir. O, özünün şəxsi internet səhifəsində bildirir ki, daha öncə 6 il müddətində Çoxpartiyalı Demokratiya üzrə Hollandiya İnstitunda çalışıb və bu müddət ərzində Ermənistanda olub, onların siyasi partiyaları ilə münasibətlər saxlayıb. Yəni faktik olaraq özü ermənipərəstliyini etiraf edir.



Kati Pirinin artıq yaxşı tanıdığımız Ulrike Lunaçek ilə də sıx münasibətləri var. Biz Lunaçek haqqında ötən dosyemizdə ətraflı yazdığımız üçün bu dəfə üzərində geniş dayanmayacağıq. Sadəcə, bir daha xatırladaq ki, cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi olan bu avstriyalı siyasətçi Avropa Parlamentində Azərbaycan əleyhinə qurulan bütün oyunların fəal iştirakçısıdır.



Avropa Parlamentinin prezidenti Donald Tuska Azərbaycan əleyhinə məktub yazanlardan biri də Kati Piri olmuşdu.



Göründüyü kimi, Lunaçekin də üzvü olduğu ermənipərəst komandanın digər iştirakçısı Kati Piridir. Qeyd edək ki, o, həm də Avropa Oyunları ilə bağlı aparılan əks-təbliğat kampaniyasının Ulrike Linaçek ilə birlikdə ən aktiv iştirakçılarından biri olmuşdu. Bundan başqa, hazırda anti-Azərbaycan qrupunun əsas simalarından Dinara Yunusla yaxın müasibətdə olması da onun kim olduğunu açıq şəkildə ortaya qoyur.



İndi isə bu ermənipərəst deputat Leyla Yunusun məhkəməsində iştirak etmək üçün Bakıya gəlir və Avropa Parlamentinin digər üzvlərini də buna çağırır. Məqsəd aydındır: Avropa Parlamentində daha bir anti-Azərbaycan kampaniyasına start vermək... Yeri gəlmişkən, onun yazdığı tvitlərdən biri Leyla Yunusun məhkəməsinə `fərqli` yanaşması üçün Avropa Birliyinin Bakıdakı səfirinə təzyiq cəhdi kimi də qiymətləndirilə bilər. Həmin mesajda Kati Piri `ümid etdiyini` bildirir ki, səfir Leyla Yunusun məhkəməsinə öz nümayəndələrini göndərəcək. Maraqlıdır, niyə səfir belə etməlidir ki?



AzVision.az


Teqlər:  





Xəbər lenti