ABŞ Azərbaycanda çevriliş hazırlayır? - Səfirlikdən açıqlama

ABŞ Azərbaycanda çevriliş hazırlayır? - Səfirlikdən açıqlama
  09 İyul 2015    Oxunub:3696
ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycanda çevriliş hazırlaması ilə bağlı fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, səfir Robert Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib: “Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimaiyyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmsilçiləri ilə də görüşlər keçirir. ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti