Rus milyarderin xanımı Qarabağda biznesə başlayır

Rus milyarderin xanımı Qarabağda biznesə başlayır
  09 İyul 2015    Oxunub:3205
Ailəsi ilə birgə Qarabağa köçən rusiyalı milyarder German Sterliqov işğal edilmiş Azərbaycan ərazisində biznes qurmaq fikrindədir.
Sterlinqov tezliklə həyat yoldaşının Qarabağda moda evi açacağını bıldirib. Rusiyalı biznesmen German Sterlinqov bu haqda jurnalistlərə açıqlama verib. German xanımı Alyonanın bu məsələ ilə ciddi məşğul olduğunu qeyd edib.

"Mən kənd təsərrüfatı işləri ilə məşğul oluram. Alyona isə moda evi açmaq istəyir. Burada o öz koleksiyalarını nümayiş etdirəcək", - deyə Sterlinqov bildirib.

Sterlinqov söhbəti davam etməkdən imtina edərək, bütün təfərrüatlara yalnız iyunun 13-də keçirəcəyi mətbuat konfransında aydınlıq gətirəcəyini bildirib: “Bu gün dağdan aşağı enib internetə girdim və dəli oldum. Qarşıdakı bazar ertəsinə mətbuat konfransı təyin edirəm. Mətbuat konfransının keçiriləcəyi yer Dağlıq Qarabağda Şuşa şəhəridir”.
(Ans)


Teqlər:





Xəbər lenti