Sarkisyanın siyasi məhbusla təzək davası

Sarkisyanın siyasi məhbusla  təzək davası
  08 İyul 2015    Oxunub:3213
Keçmiş siyasi məhbus Sarkisyana:`-Gəlsin, batırdığını özü təmizləsin`!

Ermənistanda elektrik enerjisi tariflərinin artırılması ilə bağlı keçirilən aksiyalar polis zoru ilə yatırılsa da, hökumət əleyhinə etirazlar müxtəlif formatlarda davam etdirilir. Son bir neçə gündür, müxaliflərin aclıq aksiyaları ilə yanaşı hökumətlə təzək mübarizəsi də başlayıb.

Erməni mətbuatının məlumatına görə, bu gün hökumət əleyhinə aksiya fəallarından biri, keçmiş siyasi məhbus Vardqes Gaspari evinin qapısının önündə bir yığın peyin tapıb.

Qasparinin facebook səhifəsində yazdığı məlumata görə, peyini onun qapısına ötən gün Ermənistan prezidenti Serj Sarkisyanın Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində yerləşən evinin qarşısında keçirdiyi aksiyaya cavab olaraq töküblər. Onun fikrincə, bu, bir təsadüf deyil, erməni hökumət təmsilçiləri bunu düşünülmüş şəkildə ediblər.

Qasparinin yazdığına görə, o, peyini götürüb, aparıb Serj Sarkisyanın evinin qapısının kandarına töküb.

“Bir yığın təzəyi aparıb yaxdım Serj Sarkisyanın qapısına, qoy iyləsin...gedib qalanını da gətirib tökəcəyəm”, - deyə, Qaspari yazır.

Lakin keçmiş siyasi məhbusun ikinci cəhdi baş tutmayıb. Aksiya fəalı saxlanılıb və `Kentron` polis məntəqəsinə aparılıb.

Qaspari erməni mətbuatına bildirib ki, polis məntəqəsində onu müxtəlif sənədlər imzalamağa məcbur etsələr də, etiraz edib, bir müddət sonra onu azad ediblər.

Xatırladaq ki, Vardqes Qaspari iyunun 25-də də evinin qapısı önündə peyin tapmışdı. O, hər dəfə Sarkisyanın evi qarşısında aksiya keçirəndən sonra bu cür halla qarşılaşır. Belə çıxır ki, təzək Ermənistan hökumətinin etiraz edən vətəndaşlarına verəcəyi tək şeydir.

Onu da qeyd edək ki, Qaspari günlərdir evinin önünü təmizləmir. O, hətta Serj Sarkisyanın malikanəsinə zəng edərək “- Gəlsin, batırdığını özü təmizləsin” -deyə, tələb irəli sürüb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti