Almaniyada hər 5 uşaqdan biri stress yaşayır

Almaniyada hər 5 uşaqdan biri stress yaşayır
  08 İyul 2015    Oxunub:1864
Almaniyada gənc nəsil arasında stress halları ildən-ilə çoxalır.
AZƏRTAC “Welt” qəzetinə istinadla xəbər verir ki, bu ölkənin tanınmış Bielefeld Universitetinin elmi-tədqiqatçıları tərəfindən aparılan araşdırmalar Almaniyada gənc nəslin heç də xoşbəxt həyat tərzi keçirmədiyini aşkarlayıb. Almaniyanın əksər böyük şəhərlərində aparılan tədqiqatın nəticəsində bəlli olub ki, hər 5 almaniyalı gənc həyatından narazıdır, daxili şübhə, depressiya, stress və yüksək aqressiya içindədir.

Həyəcan təbili çalan elm adamları böyüməkdə olan nəslin əksər hissəsinin artıq fəlakət vəziyyətinə çatdığını, deqradasiyaya uğradığını bildiriblər. Ekspertlərin fikrincə, gənclərin 70 faizinin yüksək stress həddinə çatmasının əsas səbəbkarları cəmiyyət və ailədir. Qalan 30 faizinin stress yaşamasının səbəbi isə tədris müəssisələrində yaşadıqları yüklənmədir.

Ruh düşkünlüyünün ilk simptomlarının 9-10 yaş dövründən başladığı bildirilir.


Teqlər:





Xəbər lenti