İŞİD-dən qorunmaq üçün divar tikəcəklər

İŞİD-dən qorunmaq üçün divar tikəcəklər
  08 İyul 2015    Oxunub:2611
Tunisdə İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının ölkəyə keçməsini qarşısını alacaq divar tikintisinə başlanılıb. Divar Liviya ilə sərhəddə tikilir.
AzVision.az`Bloomberg` agentliyinə istinadən xəbər verir ki, bu barədə Tunisin baş naziri Həbib Essid bildirib.

Hökumət başçısının sözlərinə görə, divarın uzunluğu 165 kilometr təşkil edəcək. Onun 2015-ci ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir.
Essid həmçinin əlavə edib ki, sərhədi qorumaq `olduqca çətin olacaq`.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti