ABŞ-da universitetdə atışma: Ölənlər var

ABŞ-da universitetdə atışma: Ölənlər var
  08 İyul 2015    Oxunub:2212
ABŞ-ın Baltimor şəhərində universitet kampusunda baş verən atışma nəticəsində 3 nəfər həlak olub.
Bu barədə AzVision.az
` Associated Press`-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ölənlərdən ikisi kişi, biri isə qadın olub. Daha bir qadın isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avtomobillə universitetin binasına yaxınlaşan naməlum şəxs ətrafdakı insanlara atəş açıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti