Putinin mətbuat katibi bu qızla evlənir - FOTOLAR

Putinin mətbuat katibi bu qızla evlənir - FOTOLAR
  08 İyul 2015    Oxunub:4240
Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka Rusiya mətbuatına müsahibəsində şəxsi həyatı, o cümlədən hazırlıqlarını gördüyü toyu haqda danışıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, T.Navka toy mərasiminin bu yay Soçidə keçirilməsinə qərar verildiyini bildirib.

“Mən doğrudan da bu yay ərə gedəcəyəm. Toyun dəqiq tarixini isə hələlik sirr kimi saxlayırıq” - deyə T.Navka vurğulayıb.

Amma olimpiya çempionu ailə qurmağa hazırlaşdığı şəxsin adını açıqlamayıb.

Rusiyanın znak.com saytı bu ilin aprelində xəbər vermişdi ki, T.Navka Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla ailə həyatı qurmağa hazırlaşır.

Bu məlumat nə Peskov, nə də Navka tərəfindən rəsmən təsdiq olunmasa da təkzib də edilməmişdi. Üstəlik Peskov-Navka cütlüyü tez-tez bir yerdə görünüb. Onlar noyabrda Qırmızı meydanda da birgə gəzintiyə çıxmışdılar.












Teqlər:





Xəbər lenti