Neftin qiyməti kəskin ucuzlaşdı

Neftin qiyməti kəskin ucuzlaşdı
  07 İyul 2015    Oxunub:2784
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 52,92 dollar təşkil edib.
`AzVision.az`in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar artaraq 57,15 dollar olub.

Qeyd edək ki, iyulun 6-ı, axşam saatlarında, Brent markalı neftin 1 barelinin dəyəri 6,55% dollar azalaraq 56,48 dollar olub, WTI neftinin qiyməti isə 6,59% enərək 53,18 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti