Dövlət Baxçalı Şah İsmayıldan danışdı- VİDEO

Dövlət Baxçalı Şah İsmayıldan danışdı- VİDEO
  05 İyun 2013    Oxunub:1568
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Səfəvi imperatorluğunun qurucucu və böyük Azərbaycan şahı Şah İsmayıl Xətaidən danışıb.
AzVision.az “haberturk”ə istinadən xəbər verir ki, Dövlət Baxçalı Türkiyədə inşa olunan üçüncü böyük körpüyə Sultan Yavuz Səlimin adının verilməsinin böyük narazılıqlara səbəb olduğunu dilə gətirib və körpüyə Səlcuq imperatorluğunun sultanlarından birinin adının verilməsinin tərfdarı olduğunu deyib.

O, çıxışında Şah İsmayıl Xətainin adını da çəkərək, Sultan Səlimin Xətai ilə mübarizə aparan əsas Osmanlı sultanı olduğunu vurğulayıb.

Baxçalı, tarix boyu mübarizə aparmaqlarına baxmayaraq, Səfəvi və Osmanlı böyük türk imperatorluqlarının müsəlmanlarını birliyə səsləyib.




Teqlər:  





Xəbər lenti