Güləşçilərimiz iki medal qazandı

Güləşçilərimiz iki medal qazandı
  06 İyul 2015    Oxunub:2776
Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
AzVision.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub.

Bürünc medalı isə, yığmamıza Ağahüseyn Mustafayev (61 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisi Rüstəm Abdurəşidovdan üstün olub və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Ruslan Qasımov (57 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti