Nazirlərimizi məğlub edən rus məmurlar kimlərdir?

Nazirlərimizi məğlub edən rus məmurlar kimlərdir?
  06 İyul 2015    Oxunub:7752
Xəbər verdiyimiz kimi, iyulun 4-də azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. “Dalğa Arena”da baş tutan görüşdə siyasilərimizdən ibarət komanda rəqiblərinə 6:2 hesabla məğlub olub.
Rusiya komandasında Baş nazirin müavini Arkadiy Dvarkoviç, energetika naziri Aleksandr Novak, Şimali Qafqaz işləri üzrə nazir Lev Kuznetsov və digərləri çıxış ediblər.

Rusların qapısını xokkey üzrə dünya çempionu Aleksandr Oveçkin qoruyub.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.


Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti