"Azəri-Çıraq-Günəşli"də qaz hasilatına 2019-ci ildə başlanacaq

"Azəri-Çıraq-Günəşli"də qaz hasilatına 2019-ci ildə başlanacaq
  05 İyun 2013    Oxunub:1472
“Yataqların ümumi qaz ehtiyatı 300 milyard kubmetr hesablanıb”.
"Azəri-Çıraq-Günəşli" neft yataqlarının dərin laylarında qazın hasilatına 2019-cu ildə başlanacaq”. AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 20-ci Xəzər Neft və Qaz konfransında deyib. ARDNŞ-ın prezidenti bildirib ki, adıçəkilən yataqların ümumi qaz ehtiyatı 300 milyard kubmetr hesablanıb.

“Hazırda bu sturkturlar geniş öyrənildiyindən prosses çox vaxt aparmayacaq. Düşünürük ki, 6 ildən sonra sözügedən yataqların dərin layilarından qaz hasilatına başlanacaq”-deyə R.Abdullayev vurğulayıb.

Anar



Teqlər:





Xəbər lenti