BBC-də kütləvi ixtisarlar

BBC-də kütləvi ixtisarlar
  03 İyul 2015    Oxunub:2772
BBC lisenziya gəlirlərində 150 milyon funt büdcə boşluğu olduğu üçün 1000-dən çox iş yerini kəsəcək.
Defisitin əsas səbəbi kimi artan evlərin televiziya lisenziyasını ödəməkdən imtina etməsi göstərilir.

Bir çox ixtisarların peşəkar və köməkçi sahələrdə həyata keçiriləcəyi gözlənilir. Rəhbər vəzifələrdə isə islahatlar aparılacaq.

BBC-nin direktoru Tony Hall bildirib ki, bu ixtisarlarla şirkət təxminən 50 milyon funt qənaət etmiş olacaq və bundan sonra daha çox ixtisarlar həyata keçiriləcək.

Cənab Hall bildirib ki, BBC ağır maliyyə iqlimində “çətin seçimlə” qarşılaşıb.


Teqlər:





Xəbər lenti