Bakı-Ceyhan kəməri ilə neftin nəqlində artım var

Bakı-Ceyhan kəməri ilə neftin nəqlində artım var
  02 İyul 2015    Oxunub:2338
Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 597,7 min ton Azərbaycan nefti nəql olunub.
AzVision.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 253,9 min ton yaxud 10,8% çoxdur. Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 544,3 min ton neft ötürülüb və müvafiq olaraq bu, 2014-cü ilin eyni dövründən 1,1 min ton yaxud 0,01% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyulun 1-dək BTC-yə 278,4 mln. ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin iyun ayında 2014-cü ilin iyunu ilə müqayisədə BTC kəməri ilə 41,8 min ton yaxud 13,9% çox, yəni 343,4 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti