Dollar yenə bahalaşdı

Dollar yenə bahalaşdı
  02 İyul 2015    Oxunub:2669
Mərkəzi Bankın bu gün üçün açıqladığı məzənnəyə görə, dollar bahalaşıb, avro isə manata nisbətən ucuzlaşıb.
AzVision.az Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1679 AZN-dən 1,1612-ə qədər azalıb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0485 AZN-dən 1.0489-a qədər yüksəlib.

Rus rublunun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Rubl 0,0190 AZN-dən 0.0188-ə qədər azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilib. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

AzVision.az


Teqlər:





Xəbər lenti