Nazirlik otellərə ulduz verdi

Nazirlik otellərə ulduz verdi
  01 İyul 2015    Oxunub:2164
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparıb.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

Bakı şəhəri:
1."Qafqaz Baku City Hotel & Residences" mehmanxanası (4 ulduz),
2."Premier Expo Hotel" mehmanxanası (4 ulduz).
Lənkəran şəhəri:
3."Luxe Lankaran Hotel" mehmanxanası (4 ulduz).
Astara şəhəri:
4."Şindan" mehmanxanası (4 ulduz).
Balakən şəhəri:
5."Qubek" mehmanxanası (4 ulduz).
Şəki şəhəri:
6."Küngüt" mehmanxanası (3 ulduz).
Zaqatala şəhəri:
7."İS Hotel" mehmanxanası (3 ulduz).

Respublika ərazisində 89 təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı çatıb.

AzVision.az




Teqlər:





Xəbər lenti