Dollar bahalaşdı, avro ucuzlaşdı

Dollar bahalaşdı, avro ucuzlaşdı
  01 İyul 2015    Oxunub:3088
Bu gün iyunun 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0054 manat və ya 0,46% ucuzlaşaraq 1,1679 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti