İttiham olunan şagird danışdı

İttiham olunan şagird danışdı
  01 İyul 2015    Oxunub:4101
Bakıda 45 nömrəli məktəbin ingilis dili müəllimi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə 11-ci sinfi bitirmiş abituriyentin 50 saniyəlik videogörüntüsünün qalmaqal yaratdığı haqda məlumat vermişdik.
Hadisədə ittiham olunan tərəflərdən biri -11-ci sinif şagirdi bildirib ki, bu barədə yayılan söz-söhbətləri yalnız sağlam düşünməyən insanlar yaya bilər:

“Mən Ziyafət müəllimə ilə yaxınam, ailəm onu tanıyır, o müəllimənin yanına hazırlığa getməyimi məktəbdən məsləhət görüblər. Əgər o, yaxşı müəllimə deyildisə, nə üçün mənə məsləhət görürdülər. Düzdür, mən Ziyafət müəllimə ilə çox yaxınam, amma onların düşündüyü kimi deyil, onu özümə ana kimi yaxın hiss edirəm. Hesab edirəm ki, bu, normaldır. Mənim müəllimə ilə söhbət etməyim, birlikdə yemək yeməyim müəllimə və şagirdlər arasında söz-söhbətə səbəb olmuşdu. Amma mən bunu heç vaxt ciddi qəbul etmirəm. Bu xəbərin yayılması mənim üçün önəmli deyil. Lakin müəllimənin işsiz qalması məni çox narahat edir. Bu, müəllimənin məktəbdən uzaqlaşdırılması üçün sadəcə bir bəhanədir. O videoya mən də baxmışam, orada heç nə yoxdur. Mən hər gün dərsə başlayanda müəllimə ilə görüşürəm. Ona görə də biz heç kimdən çəkinmirik və məlumatı da özümüz yaymışıq. Məlumat yayılandan sonra direktor mənə zəng edib, videonu Təhsil İdarəsinə apardığını deyib”.

Xatırladaq ki, həmin görüntüdə sinifdə digər abituriyentlər də var. 50 saniyəlik videoda adıçəkilən abituriyent yaxınlaşaraq müəlliməni üzündən öpür.

Həmin videogörüntü əsasında məktəbin direktoru Nazilə Məmmədova Z.Nəbiyevanı şagirdə qarşı əxlaqsız hərəkətdə ittiham edir və onun məktəbdən uzaqlaşmasını tələb edir.(publik.az)


Teqlər:  





Xəbər lenti