FHN Göygöl sakinini xilas etdi

FHN Göygöl sakinini xilas etdi
  01 İyul 2015    Oxunub:2244
Dərəyə düşən Göygöl sakini xilas edildi.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Göygöl rayonunda 1 nəfər dərəyə düşüb və orada köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti