100 illik dəmir ehtiyatımız var

100 illik dəmir ehtiyatımız var
  30 İyun 2015    Oxunub:4173
`Azərbaycanın Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var`.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin (ASPC) mətbuat xidməti məlumat yayıb. Xəbərdə deyilir:

`Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatı deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.

ASPC qısa vaxt ərzində struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də təxirəsalınmaz tədbirlər görmüş, yeni texnika və avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin etmişdir. Belə ki, bağlanmış müqavilələrlə müəssisəyə ağır yükgötürmə qabiliyyətinə malik 12 “BelAz” karyer maşını, iri tonnajlı ekskavator və buldozerlər alınmış, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlanıb.

Kombinatda aparılan yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlmiş, həm də dəmir filizi konsentratının keyfiyyəti ilk dəfə olaraq 65 faizə yüksəlib. Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcminin ilin sonuna qədər 750 min tona çatdırılması nəzərdə tutulur. 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa catdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratının istehsalı hədəflənir.

Qeyd etmək lazımdır ki, müəssisənin əməkdaşlarına 2013-2014-cü illərdən yığılmış əməkhaqqı və sosial müavinətlər tam ödənilib, kombinatın əməkdaşlarının əməkhaqları 20 faiz artırılıb, əməkhaqlarının vaxtında ödənilməsi rejimi təmin edilib`.


Teqlər:  





Xəbər lenti