Həmyerlilərini oğurlayan 3 azərbaycanlı tutulub

  30 İyun 2015    Oxunub : 1615
Həmyerlilərini oğurlayan 3 azərbaycanlı tutulub
Rusiya paytaxtında həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb.

“Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən "Makarov" tipli tapança və patronlar aşkar olunduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.

Teqlər: