Kredit borcları silinə bilərmi? - Açıqlama

Kredit borcları silinə bilərmi? - Açıqlama
  29 İyun 2015    Oxunub:6060
“Son zamanlar ən çox verilən sual kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan fikirlər ilə bağlıdır. Əslində, kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir:

“Dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanları məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskirminasiya olacaq. Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqısına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək" həmin krediti vaxtı-vaxtında qaytarıb, digəri isə bankdan borc alib gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti msuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır”.

İqtisadçı qeyd edib ki, borcların bağışlanması isə kredit götürənlərin əksəriyyətində “yenidən borcumu siləcəklər” arxayinçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər: “Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolnandır”.

AzVision.az


Teqlər:





Xəbər lenti