Dollar bahalaşdı

Dollar bahalaşdı
  24 İyun 2015    Oxunub:2630
Bu gün iyunun 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% bahalaşaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,65% ucuzlaşaraq 1,1727 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti