Erməni idmançı Bakıda xəstəxanalıq oldu

Erməni idmançı Bakıda xəstəxanalıq oldu
  24 İyun 2015    Oxunub:3510
I Avropa Oyunları çərçivəsində Azərbaycanda olmuş erməni idmançı xəstəxanaya aparılıb.
APA-nın xəbərinə görə, iyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4-0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada S. Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Bunu idmançının səhhəti barədə APA-ya danışan Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib. O deyib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: “Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır və indi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb”.

Azərbaycanlı həkimlərin S.Balasanyanı müayinə etməsinə münasibət bildirən K.Qilayan vurğulayb ki, ciddi müalicəyə ehtiyac olmayıb: “İdmançımız tibb mərkəzində 2-3 saat saxlanıldı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi”.


Teqlər:  





Xəbər lenti