Limanın tikintisi 2015-ci ildə başa çatacaq

  04 İyun 2013    Oxunub : 423
Limanın tikintisi 2015-ci ildə başa çatacaq
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan “Petkim” şirkəti Türkiyədə Konteyner limanının tikintisini 2 ilə başa çatdıracaq”.
Bunu jurnalistlərə açıqlamasında ARDNŞ Türkiyə bölməsinin rəhbəri Kənan Yavuz deyib.

Onun sözlərinə görə, ARDNŞ hazırda Türkiyə iqtisadiyyatına ən böyük yatırım edən şirkətlərindəndir.

“2008-ci ilin may ayında SOCAR Türkiyədə” Petkim” şirkətinin alıb. Hazırda SOCAR Türkiyədə neft-kimya, enerji sektoruna böyük yatırımlar edir. Bundan başqa SOCAR Türkiyədə TANAP layihəsi daxil olmaqla, 17 milyard dollarlıq yatırım həyata keçirir. Hazırda SOCAR Türkiyədə ən böyük Konteyner limanının inşasını həyata keçirir. Bunun dəyəri 400 milyon dollar təşkil edir və bu dünyanın ən böyük konteyner daşıyan limanı olacaq. İki ildən sonra limanın tikintisi başa çatdırılacaq”.

Anar

Teqlər: