`Titanik`in bəstəkarı həlak oldu
Məlumatda bildirilir ki, bəstəkarın idarə etdiyi `S312 Tucano` tipli yüngülmotorlu təyyarəni musiqiçi Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib. Hadisə baş verən zaman təyyarənin göyərtəsində yalnız pilot olub.
Horner, `Titanik`, `Cəsur Ürək`, `Avatar`, `Cumanci`, `Balto`, `Troya`, `Zorronun maskası` kimi filmlərin musiqilərinin bəstəkardır.
Qeyd edək ki, Horner 10 dəfə “Oskar” mükafatına namizəd göstərilsə də, yalnız iki dəfə qalib gəlib. Ceyms Hornerin 61 yaşı olub.
Eldar Tanrıverdiyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


