Devid Kameron İlham Əliyevi təbrik etdi

Devid Kameron İlham Əliyevi təbrik etdi
  04 İyun 2013    Oxunub:1469
2013-cü il “Şahdəniz” layihəsinin ikinci mərhələsinin davamı kimi “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması prosesi üçün əhəmiyyətli olacaq. Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron Bakıda keçirilən 20-ci neft-qaz sərgisi və konfransında bildirib.

“Mərkəzi Asiyadan Avropaya qaz marşrutu olan “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması üzrə qarşıda çox işlər vardır. Əminəm ki, bu ambisiyalar reallaşacaq” – Kemeronun müraciətini bildirən Azərbaycanda Böyük Britaniyanın ticarət nümayəndəsi Çarlz Henri sərginin açılışında deyib.

“Caspian Oil and Gas - 2013” beynəlxalq sərgi və konfransı Baku Expo Centre-nin sərgi kompleksində keçirilib. İxtisaslaşdırılmış sərgi 20 il uğurla fəaliyyətini davam etdirib. Kemeron II Yelizavetanın adından neft-qaz sərgisi və konfransın yubileyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi və xalqı təbrik edib.

“Bizim əməkdaşlığımız ticarət əlaqələri üzrə qurulub. Sərgidə iştirak edən Britaniya şirkətlərinin çoxu Azərbaycana – neft-qaz sahəsinə investisiyalar yatırıb” – Kemeron vurğulayıb. Bu sahəyə Britaniyanın BP neft-qaz şirkəti xüsusilə cəlb olunub. Baş nazir əlavə edərək söyləyib ki, yaxın illərdə Azərbaycanın energetika resursları Avropa və dünya iqtisadiyyatında mühüm rol oynayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti