30 dərəcə isti olacaq

  30 dərəcə isti olacaq
  04 İyun 2013    Oxunub:1507
Gündüz havanın temperaturu yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 5-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azvision.az


Teqlər:  





Xəbər lenti