Türkiyədəki səfirliyimizdən müraciət: “Aksiyaya qoşulmayın”

Türkiyədəki səfirliyimizdən müraciət: “Aksiyaya qoşulmayın”
  04 İyun 2013    Oxunub:1315
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkədə yaşayan həmyerlilərimizə səslənib.

AzVision.az-a bu barədə səfirliyin mətbuat katibi Elsevər Salmanov məlumat verib. O bildirib ki, səfirlik azərbaycanlılara aksiyaya qoşulmamaq üçün müraciət edib.

“Azərbaycanlıları aksiyalara qoşulmamalarını və yaralandıqları halda dərhal bizə məlumat vermələrini bildirmişik. Ancaq hələ ki, bizə bu barədə heç bir müraciət daxil olmayıb”

Qeyd edək ki, İstanbulda Gəzi Parkında aparılacaq tikinti işlərinin qarşısını almaq üçün 7 gündür aksiya davam edir. Aksiyada vətəndaş və polis qarşıdurması zamanı çoxlu sayda yaralıların və 3 nəfərin öldüyü bildilir.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti