`İlham Əliyevlə yaxın dostuq` - Baş nazir

`İlham Əliyevlə yaxın dostuq` - Baş nazir
  20 İyun 2015    Oxunub:6114
Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov Çernoqoriya Respublikasının baş naziri, Çernoqoriya Sosialistlərinin Demokratik Partiyasının Sədri Mili Cukanoviçlə görüşüb.
AzVision.az-ın xəbərinə görə, deputatlarımız partiyanın qurulutayına Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini dəvət etdiyinə görə M. Cukanova təşəkkür edib və hər iki partiyanın dostluğunun ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıblar.

Həmçinin deputatlarımız baş nazirə Azərbaycanın müasir vəziyyəti, Ermənistan - Azərbaycan müharibəsinin nəticələri, ölkəmizdə gedən quruculuq işləri, hazırda davam edən Birinci Avropa Oyunlarına hazırlıq və gedişi barədə məlumat veriblər Onu oyunlarda Çernoqoriya nümayəndəsi Marina Rakoviçin karate üzrə bürünc medal alması münasibəti ilə təbrik ediblər.

Çernoqoriyanın Baş Naziri isə Azərbaycanla dostluğa xüsusi əhəmiyyət verdiyini, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yaxın dost olduğu qeyd edib.

Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurlardan xəbərdardır, dəfələrlə ölkəmizdə olub və qurucluq təcrübəmiz çox maraqlıdır.

Baş nazir Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının açılışnda Çernoqoriyanın Prezidenti Filip Vuyanoviçin oradan böyük təəssüratlarla qayıtdığını, Azərbaycanın oyunlarda uğurlarından xəbərdar olduğunu qeyd edib.

Qeyd edək ki, deputatlarımız ötən gün Çernoqoriya Respublikası Skupşinasının (parlamentinin) vitse-spikeri, Boşnyak Partiyasının sədr müavini, Çernoqoriya-Azərbaycan dostluq qrupunun rəhbəri Sulfo Mustafiçlə də görüşüblər.

Deputatlarımız Azərbaycanın müasir vəziyyəti, Ermənistan - Azərbaycan müharibəsinin nəticələri, ölkəmizdə gedən quruculuq işləri, hazırda davam edən Birinci Avropa Oyunlarına hazırlıq və gedişi barədə paralament sədrinin müavininə məlumat veriblər.

S.Mustafiç isə Çernoqoriya-Azərbaycan dostluq qrupuna 13 nəfər deputatın daxil olduğunu, bununla da ən böyük dostluq qruplarından biri olduğunu vurğulayıb.

Vitse-spiker bir neçə dəfə Azərbaycanda olduğunu, tək Bakının deyil, regionların da sürətlə inkişaf etdiyininin şahidi olduğunu qeyd edib.

O, Azərbaycanın uğurlarına sevindiyini, Avropa Oyunlarının keçirilməsinin ölkəmizə verilən böyük etimad kimi qiymətləndirib.

Müzakirələrdə tərəflər hər iki ölkə arasında dostluğun genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti