Ermənistanda polis ölən əsgərin anasını döydü - VİDEO

Ermənistanda polis ölən əsgərin anasını döydü - VİDEO
  19 İyun 2015    Oxunub:7414
Ermənistan ordusunda qeyri-hərbi şəraitdə ölən əsgərlərin valideynləri, ölkə prezidenti Serj Sarkisyandan övladlarının ölüm səbəblərinin ədalətli şəkildə araşdırılmasını tələb edirlər.
Ermənistan polisi növbəti dəfə Serj Sarkisyanın ofisi qarşısında piket keçirən əsgər analarına qarşı güc tətbiq edib. AzVision.az , bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Asayiş keşikçiləri hərzamankı kimi prezidentin ofisinin yolunu bağlayaraq, hərbi qulluq zamanı öz komandirləri və ya əsgər yoldaşları tərəfindən öldürülən əsgərlərin valideynlərini və onları dəstəkləyənləri içəri buraxmayıblar. Bu cür vəziyyət bir saat davam edib.

Qarışıqlıq zamanı polis İrina Qazaryan adlı əsgər anasını döyüblər. Erməni analarını dəstəkləmək üçün gələn keçmiş siyasi məhbus Vardes Qaspari polisdən Qazaryana toxunmamağı tələb edib. Lakin polis ona məhəl qoymayıb. Sonra altı polis yerə uzanan Qasparinin əl-ayağından tutub küçənin ortasına atıblar. Onunla birlikdə rəssam olduğu bildirilən Ara Petrosyanı da vuraraq yerə yıxıblar.

Daha sonra zərərçəkmişləri xəstəxanaya aparmaq üçün gələn həkimlə də etirazçıların arasında mübahisə yaranıb. Həkim əsgər anasına “- Məni hirsləndirmə, indi sənə gücümü göstərərəm... Serjlə bacara bilmirsən, əvəzini məndən çıxmaq istəyirsən-” deyib. Etirazlar zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, hərbi xidmətdə ölən əsgər anaları,Serj Sarkisyan onları qəbul etməzsə, etirazlara davam edəcəklərini bildiriblər.

Piketdən görüntüləri əldə etdiyimiz saytın məlumatına görə, montaj zamanı polisin qadını döydüyü hissə çıxarılıb.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti