Prezident və xanımı beynəlxalq sərgidə - FOTOLAR

Prezident və xanımı beynəlxalq sərgidə -  FOTOLAR
  04 İyun 2013    Oxunub:1323
Bu gün "Bakı Ekspo Mərkəzi"ndə beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edirlər.

Qeyd edək ki, 20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirir.
İyunun 7-dək davam edən sərgi və konfrans hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.

Qalereya




Teqlər:  





Xəbər lenti