Xələf Xələfov komitə sədrini qəbul edib

Xələf Xələfov komitə sədrini qəbul edib
  04 İyun 2013    Oxunub:1154
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovu qəbul edib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,
Xələf Xələfov rusiyalı qonağı salamlayıb və iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edib.

Regionda gedən proseslər haqda danışan nazir müavini Xələf Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. Tərəflər münaqişənin hazırkı vəziyyəti və həlli istiqamətində aparılan danışıqlar barədə fikir mübadiləsi aparıblar. Xələf Xələfov bildirib ki, Ermənistan tərəfi status-kvonun saxlanılmasına çalışır və münaqişənin sülh yolu ilə həlli istiqamətində qeyri-konstruktiv mövqe nümayiş etdirir.

Görüşdə, həmçinin bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti