Ayxan Mamayevdən xoş xəbər
“Həkimlər bildirdi ki, əməliyyatsız da almacıq sümüyümdə olan problemi bərpa edəcəklər. Əməliyyata ehtiyac olmadı”.
Qeyd edək ki, I Avropa Oyunlarında Karatenin kumite növündə 84 kq çəki dərəcəsində bütün rəqiblərini mübarizədən kənarlaşdıran Ayxan Mamayev həlledici qarşılaşmada yunanıstanlı Mixail Geordios Tzanosdan güclü olaraq qızıl mükafata sahib olub. Qızıl medalçımız döyüşlərə zədəli ola-ola çıxsa da, çətin vəzifənin öhdəsindən gələ bilib.
Anar Kəlbiyev