Tbilisidən qaçan pinqvin Azərbaycanda

Tbilisidən qaçan pinqvin Azərbaycanda
  17 İyun 2015    Oxunub:4474
Gürcüstan paytaxtı Tbilisi Zooparkından qaçan Afrika pinqvini Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki Xram çayında aşkarlanıb.
Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Gürcüstan paytaxtı Tbilisidən Azərbaycanla olan körpüyə qədər olan məsafə 60 kilometrdir.
Zoopark nümayəndəsi bildirib ki, artıq pinqvinin qaytarılması üçün Tbilisidən xüsusi nümayəndələr əraziyə göndərilib. Heyvanın ən qısa vaxtda Tbilisiyə qaytarılacağı bildirilir.

Qeyd edək ki, iyunun 14-ü baş verən təbii fəlakət nəticəsində Tbilisi Zooparkı dağılıb. Nəticədə begemot, ayı, pələng, pinqvin və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti