Nazir müavini rəis təyin edildi

Nazir müavini rəis təyin edildi
  17 İyun 2015    Oxunub:3230
Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Giorgi Lortkipanidze Ukrayna DİN-in Odessa vilayəti Baş İdarəsinin rəisi təyin olunub.
"Report" UNN agentliyinə istinadənm xəbər verir ki, bu haqda DİN-in Odessadakı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Onu kollektivə Ukraynanın daxili işlər naziri Arsen Avakov təqdim edib.

Xəbərə görə, G.Lortkipanidze Ukrayna xalqına xidmət etməyə hazır olduğunu bildirib.

Məlumatda qeyd olunur ki, o, 2015-ci il iyunun 11-də Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə ölkə vətədaşı olub.


Teqlər:





Xəbər lenti