“Milan” baş məşqçini qovdu

“Milan” baş məşqçini qovdu
  16 İyun 2015    Oxunub:1854
İtaliyanın “Milan” klubu baş məşqçi Filipo İndzaqi ilə müqaviləni dayandırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə məlumat klubun “Twitter” səhifəsində məlumat yazılıb.

Yayılan məlumatlara görə, İndzaqinin yerinə “Sampdoriya” klubunun baş məşqçisi Sinişa Mixayloviç gətiriləcək. Milanın yeni baş məşqçisi barədə məlumatın yaxın iki gündə yayılacağı bildirilir.

Qeyd edək ki, İndzaqi mövsümün əvvəlindən “Milan”a rəhbərlik etməyə başlayıb. Onun rəhbərlik etdiyi komanda İtaliya çempionatını 10-cu pillədə yekunlaşdırıb.

Xatırladaq ki,İndzaqi 2001-2012-ci illərdə “Milan”da futbolçu kimi oynayıb. Bu müddət ərzində o, iki dəfə Çempionlar Liqası (2003, 2007), iki dəfə İtaliya çempionu (2004, 2011) və bir dəfə ölkə kubokunun sahibi (2003) olub. O, həmçinin iki dəfə UEFA Super Kubokunun (2003, 2007) və Klublararası dünya çempionatının (2007) qalibi olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti