İran kanalları "Azerspace-1"lə yayımlana bilər

İran kanalları "Azerspace-1"lə yayımlana bilər
  13 İyun 2015    Oxunub:3571
Azərbaycan və İran kompyuter və telekommunikasiya avadanlığının birgə istehsalına başlayacaq və bu, iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əsas əməkdaşlıq istiqamətlərindəndir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iki ölkənin birgə istehsal perspektivlərinə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də İrana səfəri çərçivəsində baxılacaq.

Səfər çərçivəsində televiziya və radio yayımı və peyk rabitəsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin resurslarından İranın televiziya və radio kanallarının yayımı üçün istifadə edilməsi məsələsi barədə danışıqlar aparılacaq.


Teqlər:





Xəbər lenti